Tuesday, March 18, 2014

MODUL 4

Seçdiyim mövzuya qurduğum təməl , mövzu, məzmun suallarını rəhbərimiz və iştirakçılarla müzakirə etdik . Bu suallar layihənin yaranmasını stimullaşdırır, yəni Layihə bu suallar əsasında yaranır. Bu suallar uşaqları tədqiqat aparmağa həvəsləndirir . Hazirladığım sualları planlar qovluğuna qoydum. Qiymətləndirmə ilə tanış oldum. Bu əsas mərhələlərdən biridir və əhəmiyyətlidir. Layihənin əvvəlində  diaqnostik qiymətləndirmə aparılır ki bu qiymətləndirmə şagirdlərin mövzu ətrafında bilik  səviyyəsini müəyyən edir. Layihənin icrası zamanı müəyyən olunmuş meyarlara görə qiymətləndirmədə sorğu vərəqələri və s. verilə bilər ki , bu da onların bilik və bacarıqlarını aşkar edir. Şagirdlər özlərini və ya bir-birini  qiymətləndirir, onlarda fikrə (mənfi və ya müsbət) münasibət  bildirmə bacarığı yaranir. Layihənin sonunda aparılan qiymətləndirmə.  Qiymətləndirmə cədvəlini qovluqda yerləşdirdim.
Sonda mövzuma uyğun BİBÖ hazirladim və tədris materiallari qovluğunun cədvəllər bölməsində
yerləşdirdim.

No comments:

Post a Comment