Sunday, March 23, 2014

MODUL 11

Bü gün biz yeni dərsimizə Pedaqoji şuranın çağırılması ilə başladıq. Burada biz keçən dərslərimizi müzakirə etdik, öyrəndiklərimizi təkrarladıq və layihələrimizi yoxladıq. Yeni olaraq, biz Fasilitasiya mövzusunu araşdırdıq ki, bu da layihəni qurduğumuz zamanı müəllim və şagirdin hansı obrazda çıxış edəcəklərindən bəhs edirdi. Bir sözlə, Fasilitator-müəllimin vəzifələrinin mövzunun düzgün qurulması və təqdim olunmasını, şagirdlərin təqdim olunan mövzu üzrə düzgün yönəldilməsini həyata keçirməli və şagirdlərin tədqiqat apardığı zaman onlara nəzarət etməli olduğunu müzakirə etdik. Özünüqiymətləndirmə zamanı bu sahənin texnologiya ilə inkişafı yollarını müzakirə etdik və aydınlaşdırdıq.Daha sonra layihənin reallaşdırılması planını yazdıq, layihənin əvvəlində, ortasında və sonunda şagirdlərin nə edəcəyini və edəcəkləri işə nə qədər müddət ayrılacağını müəyyənləşdirdik və layihənin gedşini dəqiqləşdirdik. Düşünürəm ki, layihəmizi bu əsaslarla qursaq öz nəticəsini lazımi və faydalı şəkildə tapacaq.

No comments:

Post a Comment