Sunday, March 23, 2014

MODUL 11

Bü gün biz yeni dərsimizə Pedaqoji şuranın çağırılması ilə başladıq. Burada biz keçən dərslərimizi müzakirə etdik, öyrəndiklərimizi təkrarladıq və layihələrimizi yoxladıq. Yeni olaraq, biz Fasilitasiya mövzusunu araşdırdıq ki, bu da layihəni qurduğumuz zamanı müəllim və şagirdin hansı obrazda çıxış edəcəklərindən bəhs edirdi. Bir sözlə, Fasilitator-müəllimin vəzifələrinin mövzunun düzgün qurulması və təqdim olunmasını, şagirdlərin təqdim olunan mövzu üzrə düzgün yönəldilməsini həyata keçirməli və şagirdlərin tədqiqat apardığı zaman onlara nəzarət etməli olduğunu müzakirə etdik. Özünüqiymətləndirmə zamanı bu sahənin texnologiya ilə inkişafı yollarını müzakirə etdik və aydınlaşdırdıq.Daha sonra layihənin reallaşdırılması planını yazdıq, layihənin əvvəlində, ortasında və sonunda şagirdlərin nə edəcəyini və edəcəkləri işə nə qədər müddət ayrılacağını müəyyənləşdirdik və layihənin gedşini dəqiqləşdirdik. Düşünürəm ki, layihəmizi bu əsaslarla qursaq öz nəticəsini lazımi və faydalı şəkildə tapacaq.

MODUL 10

Öyrənmə tərzləri sənədi ilə tanış olduq.Hər bir şagirdin zəif və güclü tərəfləri var.Şagirdin bilik və bacarıqlarını inkişaf etdirmək üçün müəllim hər bir şagirdə fərdi yanaşmalıdır. Bu diferensiallaşma adlanır.Diferensiallaşmış tədrisdə müəllim hər bir şagirdin ferdi bacarıqlarına və bilik səviyyəsinə uyğun tapşırıqlar hazırlamalıdır.Buna görə də şagirdlərə yeni biliklər müxtəlif metodlarla öyrədilə bilinər.Aşağıdakı tədris strategiyaları var:
Vizual-video,rəsm,dioqram,sxem və s.


Akustik-leksiya,audioyazı,musiqi,rəvayətlərə qulaq asmaq,dinləmək və s.
Kinestetik-rolların ifa edilməsi,rollu oyunlar,heykəltaraşlıq və s.
Bu strategiyaların əhəmiyyəti ondan ibarətdir ki,öyrənmə prosesinin motivasiyasını yaradır və məhsuldarlığı artırır.
Çek list haqqında yeni biliklər bizə təqdim olundu.Çek list yoxlama vərəqləridir.Müəllim tərəfindən hazırlanır və şagirdlərə paylanır.Əhəmiyyəti ondan ibarətdir ki,layihənin düzgün istiqamətləndirilməsində şagirdlərə yardımçı olur( unudulan məqamlar qalmır).Modul 10 səhifəsində yoxlama vərəqlərini özünüqiymətləndirmə sənədində yaddaşda saxlayıb üzərində əməliyyatlar apardıq.Belelikle tedrisde problemleri olan sagirdlere (yeni yaradiciliq qabiliyyeti zeyif,tehlil etme,sistemlesdirme bacarigi az olan sagirdler) tapsiriqlar hazirladiq.Ozunu qiymetlendirme senedinde yaddasa saldiq.

MODUL 9

Şagird bloqları  müzakirə olundu.Cütlərlə yaradılan işlərə baxış keçirdik.Layihə blogunun 3 mənfi,2 müsbət cəhət və 1 məsləhət qeyd etdik.
Belelikle görülən işləri yenidən nəzərdən keçirmiş olduq.
Daha sonra blogun nə cür qiymətləndirilməsi mövzusu ətrafında müzakirə oldu. Qiymətləndirmə üçün müəyyən bir meyarlar seçilir.Məsələn meyarlar məzmun,tərtibat,mövzunun aktuallığı,tehlil,müqayisə və tədqiqatın araşdırılmasına əsasən qurula bilər.Qiymətləndirmənin önəmi ondan ibarətdirki meyarlar öncədən seçildiyinə görə və şagirdlər meyarlarla taniş olduğuna görə bu qiymətləndirmə obyektiv olur.Layihənin hər bir tərəfi qiymətləndirilir və heç bir məqam diqqətdən kənar qalmir.Sonra bizə qiymətləndirmə cədvəli verildi.

Biz  4 səviyyədə meyarlar tertib etdik.

Friday, March 21, 2014

MODUL 8

Bu modulda  şagird işlərinin hazirlanib sagird təqdimatında yerləşdirilməsi ilə tanış olduq. Biz müəllimlər tərəfindən hazirlanmış bir necə şagird təqdimatları izlədik (müxtəlif fənlərdən). Bu nümunələr bizə şagird bloqu hazırlamaqda yardim etdi.Əgər uşaqlar çətinlik çəkərsə yardım etməyin və onların düzgün istiqamətləndirməyin vacibliyini oyrəndik. Yaratdığımız şagird bloqunun ən azı 3 səhifədən ibarət olacağı haqqında məlumatlandıq və hazirlayıb şagird bloqunda yerləşdirdik.

MODUL 7

Bu gun biz internetin şagirdlər üçün faydalı və zərərli cəhətləri ilə tanis olduq və bu barədə wiki.iteach.ru səhifəsində mətn yaratdıq. Veb-2 alətləri ilə əməkdaşlıq etməyi öyrəndik. İnternetlə necə əməkdaşlıq etmək olar-onun bir nece yolları var: çatlaşma, mesaj, e-mail yolu ile və  s. Bu vasitələrlə fikirlərimizi bolüşə və rəy ala bilərik. Bu veb2 alətlərin şagirdlərin də həyatında rolu böyükdür.Onlar ünsiyyət qura bilirlər , fikir mübadiləsi edirlər.
Sonra veb 2 alətlərindən biri Dobrbobr ilə tanış olduq , bobrdobr.ru səhifəsinə daxil olduq və qeydiyyatdan keçdik. Bu vasitə ilə linkləri yadda saxlamaq olur.Məlumat da yerləşdirmək olur.
Daha sonra animato.ru səhifəsinə girdik, geydiyyatdan keçdik. Bu veb 2 aletinin üstün cəhətləri odur ki, dərs zamanı motivasiya yaradarkən 30 saniyəlik video hazırlamaq olur. Hətta yığdıgımız şəkillərin üstündə mətn sözləri yaza bilirik, musiqi də əlavə edə bilirik.


Thursday, March 20, 2014

MODUL 6

Hazirlanan muellim teqdimatlarini  muzakire etdik. Bu muzakire bizim layiheye tekrar nezerden kecirmeyimize yardimci oldu.
Gmail sehifesinde google disk haqqinda  oyrendik.Google disk bizim materiallari daim yaddasda saxlaya bilir.Mueyyen emeliyyati heyata kecirmekle sened ve ya qovlugu secirik ve diske yuklenir.Google disk ile istenilen senedi bir nece insani secmekle yalniz onlarla ve ya butun internet istifadecileri ile paylasa bilerik.
    Bu gun bize temel movzu mezmun suallarindan ibaret cedvel verildi.Biz onun uzerinde elave suallar yazdiq. Ustunluyu ondan ibaretdirki bu emeliyyat online oldugu ucun istenilen yerde reallasdirmaq olur. Qrup bir yere toplanmaqan qrupla is gorur ve biz onu izleye bilirik.
   Daha sonra intel viewer --madad.net linkine daxil olub XXI esr bacariqlari ile tanis olduq.Cunki bizim esas meqsedimiz sagirdlerde tedqiqat aparmaq,unsiyyet qurmaq,emekdasliq,yaradiciliq kimi bacariqlari inkisaf etdirmekdir.
    Muellif huquqlari nedir?- bu barede biliklere sahib olduq.Bele  ki muellif huququ is yaratmaq,cemiyyet qarsisinda cixis etmek ve ya derc etmeye dair mustesna huquqdur.Biz muellif huququ ile qorunmus isden minimum istifade miqdarinin cedveli ile tanis olduq.Bir menali olaraq istifede olunan resursun muellifi qeyd olunmalidir.Layiheyle bagli google axtaris sehifesinde biz metn,informasiya,sekil,video ve s.ucun axtaris verdik.Resurslar qovlugunda word yaratdiq ve secdiyimiz metnleri orda yerlesdirdik.Metnin linkini ise planlar--tedris materiallarinda yerlesdirdik.Eyni qayda sekil secimine de tetbiq olundu.

MODUL 5

Dioqnostik qiymetlendirmeden sonra muellim teqdimati olur ve sagirdleri layihelerle tanis edir. Men PP -de teqdimati hazirladim..Ilk sehifede movzu adi sinif ve muellim adi gosterilir.Novbeti sehifede  sagirdlere temel sual teqdim olunur ve onlari serbest tedqiqat aparmaga istiqametlendirir.Diger sehifede movzu suallarini yerlesdirdim : hormetli sagirdler siz bu suallar etrafinda arasdirma aparmalisiniz.Sonda ise mezmun suallarini qeyd etdim. Bu suallar ise konkret cavabi olan ve biliye esaslanan suallar oldu.Layihenin tedqiqat isini aparmaq meqsediyle sagirdler qruplara ayrilir.Her bir qrupun adi ve tedqiqat aparmasi ucun tapsiriqlari olur.Tapsiriqlar movzu suallarini,mezmun sualini ehate etmelidir .Sehifede sagirdler ucun qeyd yazilir: neticelerinizi sagird bloqunda yerlesdirin(nesr,sagird bloqu,teqdimat ve s.ola biler).Yuxarida qeyd etdiyim butun qruplarin tapsiriqlarini da PP sehifesinde ayri-ayri qeyd etdim.Yekun olaraq plan tedris materiallari muellim teqdimati qovlugunda saxlanildi.

Wiki sehifesinde qeydiyyatdan kecdik ve oz wiki sehifemizi yaratdiq.Sehifenin ehemiyyeti ondan ibaretdir ki teqdimatlari online teqdim etmek mumkundur, ve teqdimati genis kutle ile paylasmaq olur.Daha sonra Login information-da qeydiyyatdan kecdiyimiz : gmail.com,  blogger.com,  wiki.iteach.ru sehifeleri, unvanlar ve sifreleri qeyd etdik.Ehemiyyeti ondan ibaretdir ki eger her hansi bir unvan ve ya sifre unudularsa login sehifesine baxmaqla yaddasda olan butun materiallari tapa bilerik.
Movzunun oyrenilmesi planinda sagird ve muellim fealiyyetini qeyd etdik.Bu muellimin ve sagirdin fealiyyetini onceden planlasdirmaqla gorulecek isin merhelelerini asanlasdirir.Muellim fealiyyetine ilkin qiymetlendirmeni heyata kecirmesi, layihe ile sagirdleri tanis etmesi,  temel movzu mezmun suallari ile muellim teqdimatini teqdim etmesi,sagirdlerin fealiyyetini qeyd etmesi ve teyin olunmus meyarlara esasen qiymetlendirme aparmasi daxildir.Sagird fealiyyetinde ise qeyd olunur; sagirdler hansi qruplara ayrildi,hansi qrup hansi tapsiriqlari aydinlasdiracaq,tedqiqat zamani hansi sehifelerden ve hansi IKT bacariqlarindan istifade edirler ve s.