Sunday, March 23, 2014

MODUL 10

Öyrənmə tərzləri sənədi ilə tanış olduq.Hər bir şagirdin zəif və güclü tərəfləri var.Şagirdin bilik və bacarıqlarını inkişaf etdirmək üçün müəllim hər bir şagirdə fərdi yanaşmalıdır. Bu diferensiallaşma adlanır.Diferensiallaşmış tədrisdə müəllim hər bir şagirdin ferdi bacarıqlarına və bilik səviyyəsinə uyğun tapşırıqlar hazırlamalıdır.Buna görə də şagirdlərə yeni biliklər müxtəlif metodlarla öyrədilə bilinər.Aşağıdakı tədris strategiyaları var:
Vizual-video,rəsm,dioqram,sxem və s.


Akustik-leksiya,audioyazı,musiqi,rəvayətlərə qulaq asmaq,dinləmək və s.
Kinestetik-rolların ifa edilməsi,rollu oyunlar,heykəltaraşlıq və s.
Bu strategiyaların əhəmiyyəti ondan ibarətdir ki,öyrənmə prosesinin motivasiyasını yaradır və məhsuldarlığı artırır.
Çek list haqqında yeni biliklər bizə təqdim olundu.Çek list yoxlama vərəqləridir.Müəllim tərəfindən hazırlanır və şagirdlərə paylanır.Əhəmiyyəti ondan ibarətdir ki,layihənin düzgün istiqamətləndirilməsində şagirdlərə yardımçı olur( unudulan məqamlar qalmır).Modul 10 səhifəsində yoxlama vərəqlərini özünüqiymətləndirmə sənədində yaddaşda saxlayıb üzərində əməliyyatlar apardıq.Belelikle tedrisde problemleri olan sagirdlere (yeni yaradiciliq qabiliyyeti zeyif,tehlil etme,sistemlesdirme bacarigi az olan sagirdler) tapsiriqlar hazirladiq.Ozunu qiymetlendirme senedinde yaddasa saldiq.

No comments:

Post a Comment